13 C
Baku
Tuesday, May 7, 2024

ABŞ Qəzza zolağına 100 milyon dollar yardım ayıracaq

ABŞ Prezidenti Co Bayden həm Qəzza zolağı, həm də İordan çayının qərb sahilindəki mülki şəxslər üçün 100 milyon dollar yardım ayıracağını bildirib.

Bu barədə Lenta.ru nəşri məlumat yayıb.

Bayden vurğulayıb ki, əgər verilən yardım HƏMAS yaraqlıları tərəfindən oğurlansa, bu, onların Fələstin vətəndaşlarının maraqlarını təmsil etmədiklərini sübut edəcək.

“Bu pul münaqişə nəticəsində didərgin düşmüş bir milyondan çox fələstinliyə, eləcə də Qəzza zolağında fövqəladə ehtiyaclara dəstək olacaq”, – deyə ABŞ Prezidenti qeyd edib.

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər