10 C
Baku
Wednesday, December 11, 2024

ABŞ Qafqazda danışıqlar üzrə baş müşavir Endryu Şoferi regiona göndərib

“ABŞ Ermənistan Baş naziri Nikol Paşinyanın Azərbaycanla sülh danışıqlarına dair son şərhini, Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında son ikitərəfli danışıqları və Azərbaycan Prezidenti İlham Əliyevin sülh danışıqlarına sadiqliyini alqışlayır”.

Bu barədə ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri üzrə Bürosunun “Twitter” hesabında bildirilib.

Qeyd olunub ki, Dövlət katibinin köməkçisi Donfrid Birləşmiş Ştatların prosesə ən yaxşı şəkildə necə dəstək verə biləcəyini müzakirə etmək üçün bu həftə Qafqazda danışıqlar üzrə baş müşaviri Endryu Şoferi regiona göndərib.

 

Son xəbərlər
Digər xəbərlər