2 C
Baku
Saturday, December 14, 2024

ABŞ Qazaxıstan banklarına “Mir” kartlarına xidmət göstərməyə icazə verib

Qazaxıstan bankları ABŞ-ın Xarici Aktivlərə Nəzarət İdarəsindən (OFAC) fiziki şəxslərin istifadə etdiyi Rusiyanın “Mir” sisteminin ödəniş kartları ilə əməliyyatlara xidmət göstərmək üçün icazə alıb. Bu barədə Qazaxıstanın Maliyyə Bazarının Tənzimlənməsi Agentliyi məlumat yayıb.

ABŞ Maliyyə Nazirliyinin Qazaxıstanın tənzimləyici orqanlarına göndərdiyi məktubda bildirilib ki, departament Rusiyadan gələnlər də daxil olmaqla fiziki şəxslərə “Mir” kartından istifadə etməyə icazə verir. Bununla belə, bu ödəniş sistemi ilə əməliyyatlar “xüsusi nəzarət altında” qalır.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

İndi Qazaxıstan bankları Mir kartlarından istifadə etməklə ödənişləri, köçürmələri qəbul edə, həmçinin fiziki şəxslər üçün bankomatlar vasitəsilə nağd pul verə bilərlər.

Noyabrın 15-də OFAC aydınlaşdırıb ki, ABŞ-dan kənarda Milli Ödəniş Kartı Sistemi (“Mir” sisteminin operatoru) ilə müqavilə bağlayan maliyyə institutları ABŞ sanksiyalarına məruz qala bilər.

Son xəbərlər
Digər xəbərlər