9 C
Baku
Friday, December 13, 2024

ABŞ qlobal gündəlik neft hasilatı üzrə proqnozunu korrektə edib

ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyası (EİA) 2022-2023-cü illər üçün maye karbohidrogenlərin gündəlik qlobal hasilatı üzrə proqnozunu azaldıb.

Gələn il maye karbohidrogenlərin gündəlik qlobal istehsalının ortalama hesabla 101.33 mln. barel olacağı ehtimal edilir ki, bu da ötən proqnoz göstəricisi ilə müqayisədə 0.05 mln. barel azdır.

Hesabata əsasən, 2022-ci ildə maye karbohidrogenlərin gündəlik istehsalı 100.12 mln. barel olacaq, bu, ötən proqnozla müqayisədə 0.03 mln. barel azdır.

Xatırladaq ki, ötən il maye karbohidrogenlərin gündəlik qlobal istehsalı ortalama 95.68 mln. barel səviyyəsində olub. 2020-ci ildə qlobal gündəlik istehsal 93.84 mln. barel təşkil edib. 2019-cu ildə bu göstərici 100.61 mln. barelə bərabər idi.

EİA məlumatlarını nəzərə alaraq, belə bir qənaətə gəlmək olar ki, maye karbohidrogenlərin gündəlik qlobal hasilatı pandemiyadan əvvəlki səviyyəni gələn il ötəcək.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər