25 C
Baku
Saturday, July 27, 2024

ABŞ robot qayıqları sınaqdan keçirib

ABŞ Hərbi Dəniz Qüvvələri Körfəzdə təlimlər keçirib, bu təlimlər zamanı iki dəniz pilotsuz uçan aparatı – “Saildrone” robot qayıqları sınaqdan keçirilib.

Bu barədə “Popular Science” məlumat yayıb.

Sınaq zamanı qayıqlar “USS Delbert D. Black” esminesi ilə uğurla əlaqə saxlayıb və məlumatları ötürüblər.

“Sistemlər yaxınlıqdakı sularda obyektlərin tapılmasına və müəyyən edilməsinə və müşahidəçilərə vizual təsvirlərin ötürülməsinə kömək edə bilib”, – ABŞ Hərbi Dəniz Qüvvələrinin bəyanatında deyilir.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər