9 C
Baku
Friday, December 13, 2024

ABŞ Rusiya Federal Təhlükəsizlik Xidmətinə qarşı sanksiya tətbiq edib

ABŞ Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidmətinə (Rusiya FSB) qarşı sanksiyalar tətbiq edib.

Vaşinqton bildirib ki, Rusiyanın Ukraynada xüsusi əməliyyatı başlayandan bəri etibarlı mənbələr FSB-nin insan hüquqlarının pozulmasında və Ukrayna vətəndaşlarına qarşı hücumlarda iştirak edib.

Dövlət Departamenti həmçinin FSB-ni Ukrayna vətəndaşlarının yaşayış yerlərindən zorla köçürülməsində iştirak etməkdə və onlara qarşı yönəlmiş digər hərəkətlər etməkdə ittiham edib.

Tətbiq olunan sanksiyalar nəticəsində ABŞ-da yerləşən və bu ölkə vətəndaşlarının nəzarətində olan FSB-yə məxsus bütün əmlak və aktivlər bloklanacaq.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər