1 C
Baku
Sunday, February 25, 2024

ABŞ Rusiyadan uran tədarükündən asılılığını azaltmaq istəyir

ABŞ yerli istehsalı artırmaqla Rusiyadan uran tədarükündən asılılığını azaltmaq istəyir.

Bu barədə “Bloomberg” öz mənbələrinə istinadən yazır.

Rəsmilər bildiriblər ki, Co Bayden administrasiyası konqresmenləri Birləşmiş Ştatların Rusiya yanacaq tədarükündən asılılığını azaltmaq üçün zənginləşdirilmiş uranın birbaşa yerli istehsalçılardan alınması planını dəstəkləməyə sövq edir. Müvafiq layihə 4,3 milyard dollar dəyərində qiymətləndirilir.

Nəşrin məlumatına görə, ABŞ Energetika Nazirliyinin nümayəndələri ehtiyat edirlər ki, “Rusiyadan zənginləşdirilmiş uranın tədarükündə fasilələr sənaye nüvə reaktorlarının işində dayanmalara səbəb ola bilər”.

Sonda federal hökumət onu yerli istehsalçılardan ala bilsin deyə ayrılan vəsaitin ABŞ-da uranın zənginləşdirilməsi üçün obyektlərin yaradılmasına yönəldilməsi planlaşdırılır.

MənbəOxu.az
Son xəbərlər
Digər xəbərlər