25 C
Baku
Saturday, July 27, 2024

ABŞ Rusiyanı bazar iqtisadiyyatına malik ölkə statusundan məhrum edib

ABŞ Rusiyanı bazar iqtisadiyyatına malik olan ölkə statusundan məhrum edib, bunu ölkənin Ticarət Departamenti bildirib. Qeyd edək ki, 2002-ci ildə Rusiya ABŞ tərəfindən bazar iqtisadiyyatına malik ölkə kimi tanınıb, ABŞ-ın bir sıra xarici ticarət məhdudiyyətləri belə ölkələrə şamil edilmir.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

Rusiya qoşunlarının Ukraynaya daxil olmasından sonra ölkə əvvəllər ona verilmiş bir sıra beynəlxalq statuslardan məhrum edilib, xüsusən də aprel ayında Rusiya Amerika Dövlətləri Təşkilatında müşahidəçi statusunu dayandırıb.

Son xəbərlər
Digər xəbərlər