9 C
Baku
Friday, December 13, 2024

ABŞ Rusiyanın “G20”nin nazirlər toplantısında iştirakına qarşı çıxıb

Rusiya nümayəndə heyəti “G20” ölkələrinin maliyyə nazirləri və mərkəzi bank rəhbərlərinin görüşündə iştirak etməməlidir.

Bunu ABŞ-ın maliyyə naziri Canet Yellen deyib.

Onun sözlərinə görə, buna səbəb Rusiya ordusunun Ukrayna ərazisində hərbi əməliyyatı davam etdirməsidir.

“Rusiya nümayəndələrinə “G20” forumunda yer yoxdur. Mən açıq şəkildə bildirdim ki, Rusiyanın bu görüşlərdə iştirakı mümkün deyil və mən, şübhəsiz ki, Rusiyanın Ukraynadakı hərəkətləri ilə bağlı öz fikirlərimi mümkün qədər kəskin şəkildə ifadə etməyi səbirsizliklə gözləyirəm. Bir çox həmkarlarımın da bunu edəcəyini gözləyirəm”.

Nazir bildirib ki, “G20”nin nazirlər görüşündə Rusiya neftinin qiymətinə məhdudiyyətlər tətbiq etmək planlarını yenidən müzakirə edəcək. Yellen bu cür tədbirlərin qlobal inflyasiyanın qarşısını alacağını da vurğulayıb.

Qeyd edək ki, G20 ölkələrinin maliyyə nazirləri və Mərkəzi banklarının rəhbərləri iyulun 15-də İndoneziyanın Bali adasında başlayan ikigünlük görüşləri zamanı inflyasiyanın sürətlənməsi mövzusuna xüsusi diqqət yetirəcəklər.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər