6 C
Baku
Sunday, December 15, 2024

ABŞ Rusiyanın iqtisadi subyektləri ilə əməliyyatlar üçün icazə müddətini uzadıb

ABŞ Maliyyə Nazirliyi Moskva Birjası, Rusiyanın Milli Hesablaşma Depozitarisi (MHD) və Milli Klirinq Mərkəzi (MKM) ilə əməliyyatlar aparmaq icazəsinin müddətini oktyabrın 12-dək uzadıb.

Bu barədə qurumun yazılı açıqlamasında bildirilir.

Amerika hakimiyyət orqanlarının ümumi lisenziyasının əvvəlki variantı bu əməliyyatları avqustun 13-dək həyata keçirməyə icazə verirdi.

Xatırladaq ki, iyunda ABŞ Maliyyə Nazirliyi Moskva Birjasına qarşı sanksiyalar tətbiq etmişdi. Sanksiyalar siyahısına həm də Milli Hesablaşma Depozitarisi və Milli Klirinq Mərkəzi (“Moskva Birjası” qrupunun bir hissəsidir) də daxildir.

Son xəbərlər
Digər xəbərlər