6 C
Baku
Sunday, December 15, 2024

ABŞ Rusiyaya qarşı yeni sanksiyalar fikirləşir

ABŞ Dövlət Departamenti Ukraynanın işğal olunmuş bəzi ərazilərinin Rusiyaya birləşdirilməsi prosesinə qarşı anti-Rusiya sanksiyalarının sərtləşdirilməsi üçün bütün variantları nəzərdən keçirir.

Bunu ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbərinin müavini Vedant Patel deyib.

“Əlbəttə, bütün variantlar müzakirə olunur. O cümlədən Ukraynadakı vəhşiliyə və müharibənin davam etdirilməsinə, eləcə də son saxta referendumlar və həmin ərazilərin Rusiyaya birləşdirilməsinə yönəlmiş səylərə cavab olaraq əlavə sanksiyaların tətbiqi nəzərdən keçirilir. Hələlik əvvəlcədən heç nə elan edə bilmərik”, – Patel bildirib.

Rusiya prezidenti Vladimir Putin Ukraynanın işğal olunmuş Xerson və Zaporojye vilayətinin müstəqil ərazilər kimi tanınması haqqında fərman imzalayıb ki, bu ərazilər daha sonra Rusiya Federasiyasının tərkibinə daxil olsun.

Sentyabrın 29-da imzalanmış sənədlərdə deyilir ki, beynəlxalq hüququn hamılıqla tanınmış prinsip və normalarına uyğun olaraq, referendumda Ukrayna ərazilərinin sakinlərinin iradəsini nəzərə alaraq, Xerson və və Zaporojye vilayətinin müstəqilliyi tanınmalıdır.

Bu il fevralın 22-də Rusiya prezidenti Vladimir Putin “Donetsk və Luqansk xalq respublikaları” da   müstəqilliyinin tanınması haqqında fərman imzalamışdı. Daha sonra həmin bölgələr Rusiyaya birləşmək istədiklərini bəyan etdilər.

MənbəModern.az
Son xəbərlər
Digər xəbərlər