7 C
Baku
Thursday, December 12, 2024

ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcək

ABŞ və digər “Böyük Yeddilik” ölkələri (G7) Rusiyaya qarşı yeni sanksiyalar və ixrac nəzarəti elan edəcək.

Bu barədə ABŞ rəsmisi bildirib.

Bildirilib ki, G7-nin son səyləri Rusiyanı müharibə aparmaq üçün lazım olan materialları əldə etmək imkanından məhrum etmək, sanksiyalardan yayınmaq üçün istifadə olunan boşluqları aradan qaldırmaq, Rusiya enerjisindən beynəlxalq asılılığı daha da azaltmaq və Moskvanın beynəlxalq enerji resurslarına çıxışını daraltmaq məqsədi daşıyır.

Ehtimala görə, yeni sanksiyalar siyahısı G7 liderlərinin Xirosima görüşündən sonra açıqlanacaq.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər