5 C
Baku
Saturday, December 14, 2024

ABŞ sanksiyaları İranda uşaq bezlərini “vurdu”

İranda son vaxtlar uşaq bezlərinin qiyməti artır, buna görə də yerli sakinlər müxtəlif yollara əl atmalı olurlar.

Bununla bağlı “Al-Monitor” məlumat yayıb.

Nəşr bildirib ki, ABŞ sanksiyalarına və milli valyutanın devalvasiyasına görə xammal idxal edən iranlı istehsalçılar əziyyət çəkirlər. Onların malları çox vaxt sərhəddə saxlanılır. Bundan başqa, xammal çatışmazlığı bir sıra şirkətlərin fəaliyyətinin dayanmasına səbəb olub. Ekspertlər qeyd ediblər ki, bu sahələrdə fəaliyyət göstərən 10-dan çox şirkət müflis olma təhlükəsi ilə üz-üzədir.

Bununla əlaqədar sadə iranlılar toxunma uşaq bezlərindən istifadə etməli olurlar. Onların sözlərinə görə, təmizlik uzun müddət və güclərini alır, başqa çıxış yolu isə yoxdur.

Nəşr hesab edir ki, məmurlar bu problemi həll edəcəklərini bildirsələr də, qiymətlərin artacağını istisna etməyiblər. Problemə İranın ali dini lideri ayətullah Xomeneyi də qarışıb. O deyib ki, ABŞ sanksiyaları dinc sakinləri hökumətə qarşı çevirmək üçün hazırlanıb.

MənbəOxu.az
Son xəbərlər
Digər xəbərlər