7 C
Baku
Wednesday, February 28, 2024

ABŞ sanksiyalarla İranın PUA istehsalına təsir etmək yollarını axtarır

Ağ Ev bildirib ki, ABŞ sanksiyalar və ixrac nəzarəti vasitəsilə İranın pilotsuz uçuş aparatlarının (PUA) istehsalına təsir etmək yollarını axtarır.

ABŞ Rusiyanın dəfələrlə Ukraynaya hücum etdiyi İran PUA-larının istehsalını məhdudlaşdırmaq üçün öz araşdırmasını aparır.

Xüsusilə, hazırda hissələri istehsalda istifadə olunan özəl şirkətlərlə danışıqlar aparırlar.

“İranın dronlarda istifadə olunan texnologiyaya çıxışını məhdudlaşdırmaq üçün ixrac nəzarəti ilə bağlı atacağımız əlavə addımları qiymətləndiririk”-, Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Adrian Vatson bildirib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər