3 C
Baku
Saturday, February 24, 2024

ABŞ senatorları Kiyevə yardım üçün büdcəyə $6 mlrd. daxil edilməsini təklif ediblər

ABŞ Senatının qanunvericiləri Ukraynaya yardım üçün təxminən 6 milyard dolların ayrılmasını nəzərdə tutan ABŞ hökumətinin maliyyələşdirilməsinin noyabrın 17-dək uzadılması təşəbbüsünü hazırlayıblar.

Bu barədə çərşənbə axşamı Reuters senatorun köməkçisinə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, senatorlar tərəfindən baxılan qanun layihəsi “hökumətin noyabrın 17-nə qədər maliyyələşdirilməsini nəzərdə tutur və ölkədə təbii fəlakətlərin aradan qaldırılması üçün 6 milyard dollar və Ukraynaya yardım üçün təxminən 6 milyard dolları əhatə edir”. Ağ Ev bundan əvvəl Kiyevə təxminən 24 milyard dollar yardım istəyib.

Nəşr qeyd edir ki, təşəbbüs Amerika sərhədlərinin qorunması ilə bağlı hər hansı yeni tədbiri nəzərdə tutmur.

Əgər qanunvericilər oktyabrın 1-də başlayacaq növbəti maliyyə ili üçün büdcəni sentyabrın sonuna kimi qəbul etməsələr, federal hökumət fəaliyyətini dayandırmalı olacaq.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər