22 C
Baku
Friday, May 24, 2024

ABŞ şirkətləri süni intellekt mütəxəssislərinə $900 000-a qədər maaş təklif edirlər

“Amazon”, “Netflix” və “Meta” kimi şirkətlər generativ süni intellekt sahəsində istedadlı mütəxəssislərə illik 900 min dollara qədər maaş təklif ediblər. İşə götürənlər deyirlər ki, şirkətlər rəqabət qabiliyyətli maaşlar təklif edərək ixtisaslı işçiləri cəlb etməyə çalışırlar.

Məsələn, “Netflix” əməkhaqqı və bonuslar daxil olmaqla ildə 300 000-dən 900 000 dollara qədər təklif edir. “Amazon” isə 340 300 dollar maaşla yüksək ixtisaslı süni intellekt meneceri axtaran iş elanı yerləşdirib. “Meta” öz növbəsində süni intellekt tərtibatçısına ildə 137 000 dollara ödəməyə hazır olduğunu deyib.

Ümumilikdə, süni intellekt mütəxəssisini axtaran vakansiyaların sayı 2023-cü ilin əvvəlindən dörd dəfə artıb, bu barədə “The Wall Street Journal” yazıb. İlin əvvəlindən bəri AI bumu sayəsində texnologiya baş direktorlarının sərvəti 150 milyard dollardan çox artıb.

Son xəbərlər
 ⁠
Digər xəbərlər