Somali hökuməti Amerikanın “Coastline Exploration” şirkəti ilə Somali şelfində neft axtarışı üçün müqavilə imzalayıb.
Bu barədə Somali Prezidenti Həsən Şeyx Məhəmməd məlumat verib.
Onun sözlərinə görə, hökumət layihəni dəstəkləmək üçün əlindən gələni edəcək: “Məqsədimiz ilk kəşfiyyat quyusunu mümkün qədər tez qazmaqdır”.
Hasilatın pay bölgüsü sazişi “Coastline Exploration”a yeddi blokda neft axtarışı hüququ verir.
Amerika şirkəti həmçinin bonus olaraq Somali hökumətinə dərhal 7 milyon dollar ödəməyə söz verib.
“Somali Guardian” nəşri bildirib ki, hazırkı müqavilənin bağlanmasında Türkiyənin mühüm rol oynayıb.