1 C
Baku
Saturday, December 14, 2024

ABŞ strateji ehtiyat üçün 3.1 milyon barel neftin satınalınmasını rəsmiləşdirib

ABŞ Energetika Nazirliyi strateji ehtiyatı artırmaq üçün may ayında çatdırma şərtilə 242.2 mln. dollar dəyərində 3.1 mln. barel neftin satınalınmasını rəsmiləşdirib.

Bu barədə nazirliyin dərc etdiyi məlumatda bildirilib.

Qeyd olunub ki, neftini tədarükü üçün dörd şirkət ilə müqavilələr imzalanıb.

Belə ki, strateji ehtiyat üçün 1 mln. barel “Sunoco Partners”, 800 min barel “Macquarie Commodities”, 700 min barel “ExxonMobil”, 600 min barel isə “Phillips 66” tərəfindən təmin ediləcək.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər