10 C
Baku
Thursday, December 12, 2024

ABŞ Süleymaninin qətlinin səbəblərini BMT-yə izah etdi

İranlı general Qasım Süleymaniyə qarşı aparılan əməliyyat zamanı ABŞ özünümüdafiə hüququnu rəhbər tutub.

Banker.az xəbər verir ki, bu haqda ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Kelli Kraftın Təhlükəsizlik Şurasına göndərdiyi məktubda deyilir.

Verilən məlumata görə, Amerika “beynəlxalq birliyə daha bir təhdidin qarşısını almaq”, habelə münaqişənin genişlənməsinə yol verməmək üçün İranla danışıqlara başlamağa hazır olduğunu bildirir.

Eyni zamanda, Vaşinqton BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq bölgədə “tədbirlər görmək” hüququna malik olduğunu bəyan edir.

“ABŞ lazım gələrsə, bölgədə əlavə tədbirlər görməyə hazırdır”, – sənəddə deyilir.

Xatırladaq ki, BMT Nizamnaməsinin 51-ci maddəsi ölkələrə özünümüdafiə məqsədi ilə hərbi əməliyyatlara keçmək hüququnu verir və bu barədə təşkilatın Təhlükəsizlik Şurasına məlumat verilməsini nəzərdə tutur.

ABŞ prezidenti Donald Tramp, İrana qarşı raket silahından istifadə etmək niyyətində olmasa da, iqtisadi sanksiyalar tətbiq edəcəkdir.

Son xəbərlər
Digər xəbərlər