19 C
Baku
Monday, May 20, 2024

ABŞ texnologiya şirkətlərinə 10 il müddətinə Çində zavod tikməyi qadağan edib

ABŞ texnologiya şirkətlərinə 10 il müddətinə Çində “qabaqcıl texnologiya” obyektləri tikməyi qadağan edib. Bu barədə ABŞ Prezidenti Co Bayden administrasiyasında bildirilib.

“Pulu alan şirkətlər yalnız Çin bazarına xidmət etmək üçün Çindəki mövcud mərkəz zavodlarını genişləndirə bilərlər”, – deyə ABŞ-ın ticarət naziri Cina Raymondo söyləyib.

Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir.

O, “Çiplər və elm haqqında” Qanun çərçivəsində ayrılan 52 milyard dolların necə bölüşdürüləcəyi barədə danışıb:

–         28 milyard dollar bu gün mövcud olan ən mürəkkəb istehsal proseslərini yaddaş çiplərinin istehsalına xərclənəcək;

–         10 milyard dollar silah, avtomobil və tibbi cihazların istehsalında istifadə edilənlər də daxil olmaqla, cari nəsil çiplərin istehsal imkanlarının yaradılmasına sərf olunacaq;

–         11 milyard dollar tədqiqat və inkişaf proqramlarına, o cümlədən Milli Yarımkeçiricilər Texnologiyası Mərkəzinin yaradılmasına gedəcək.

ABŞ-ı “Çiplər və elm” haqqında Qanunu 2022-ci ilin iyulunda Konqres tərəfindən qəbul edilib.

Xatırladaq ki, avqustun 26-sında ABŞ “Nvidia” prosessorlarının Rusiya və Çinə ixracına qadağa qoyub.

Son xəbərlər
 ⁠
Digər xəbərlər