Kaliforniya ştatında məhkəmə ABŞ Ticarət Nazirliyinin “Google”, “Apple” və digər ABŞ şirkətlərinin əlavələrinin bazarlarından Çinin “Tencent” şirkətinin “WeChat” messencerinin əlavəsinin çıxarılması barədə qərarının qüvvəyə minməsini dayandırıb.
“Reuters” agentliyinin verdiyi məlumata görə, hakim Lorel Biler “WeChat” istifadəçilərinin iddiasını baxış üçün qəbul edib.
Qeyd edək ki, ABŞ Ticarət Nazirliyinin qərarına əsasən, sentyabrın 20-dən Çinin “Tencent” şirkətinin “WeChat” messencerinin əlavəsinin yüklənməsi qadağan idi.