3 C
Baku
Saturday, December 14, 2024

ABŞ Türkiyə ilə güzəştli ticarət rejimini ləğv edib

ABŞ prezidenti Donald Tramp, 17 may tarixində “Generalized System of Preferences” çərçivəsində fəaliyyət göstərən Türkiyə ilə əlverişli ticarət rejimini ləğv etmək qərarına gəlib. Bu haqda Ağ evin mətbuat xidməti xəbər verir.

Banker.az xəbər verir ki, “Mən elə nəticəyə gəldim ki, Türkiyənin iqtisadi inkişaf səviyyəsini nəzərə alaraq, 17 may 2019-cu ildən etibarən benefisiar ölkə kimi təyin olunmasını ləğv etmək məntiqli olardı”, – sənəddə deyilir.

Bundan əlavə, sənəddə qeyd edilir ki, Tramp ABŞ konqresini və Türkiyənin səlahiyyətli orqanlarını bu barədə hələ mart ayının 4-də xəbərdar etmişdir. Prezident vurğulayır ki, son 45 il ərzində Türkiyə iqtisadiyyatı əlverişli ticarət rejimi hesabına artaraq, diversifikasiya olub.

Ötən ilin avqust ayında Vaşinqton Ankaranı amerikan mallarına vergilərin tətbiqinə görə cavab tədbirləri ilə təhdid edib. ABŞ ticarət nümayəndəliyin rəhbəri Jeffrey Jerrish bildirib ki, bu qərarın əsas səbəbi Türkiyə tərəfindən ABŞ-dan 1,78 mlrd. dollarlıq malların idxalına tətbiq olunan tariflər ola bilər.

Son xəbərlər
Digər xəbərlər