21 C
Baku
Wednesday, April 17, 2024

ABŞ Ukrayna ilə bağlı danışıqların vaxtının çatmadığını bildirib

Ukrayna ilə bağlı danışıqların vaxtı hələ çatmayıb, ona görə də ABŞ Kiyev rejiminə yardımı davam etdirəcək.

Bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan bildirib.

“Bizim işimiz onları döyüş meydanında ən yaxşı vəziyyətə gətirməkdir ki, diplomatiya vaxtı gələndə danışıqlar masası arxasında ən yaxşı mövqedə olsunlar. Həmin an hələ gəlib çatmayıb”, – Sullivan deyib.

Onun sözlərinə görə, Bayden administrasiyası artıq Kiyevə ayrılması üçün Konqresdən yeni vəsait istəyib. O, bu məsələdə hər iki tərəfin onlara dəstək verəcəyinə əminliyini ifadə edib.

Son xəbərlər
Digər xəbərlər