26 C
Baku
Saturday, July 27, 2024

ABŞ Ukraynadakı Xmelnitski AES-də iki yeni enerji bloku tikəcək

2030-cu ilə qədər Ukraynanın Xmelnitski atom elektrik stansiyasında Amerika texnologiyası əsasında iki yeni enerji bloku tikiləcək.

Bunu Ukraynanın energetika naziri Herman Qaluşenko yerli televiziyaya deyib.

“Planlarımıza 2030-cu ilə qədər iki blokun tikintisi daxildir. Bir blokun tikintisinin orta dəyəri təxminən 5 milyard dollardır”, – Qaluşenko bildirib.

Onun sözlərinə görə, tikinti “Westinghouse” şirkətinin krediti və “Enerqoatom” dövlət müəssisəsinin vəsaiti hesabına aparılacaq.

Son xəbərlər
Digər xəbərlər