28 C
Baku
Saturday, July 27, 2024

ABŞ ukraynalı alimlərin yaratdığı nanopeyki orbitə çıxaracaq

ABŞ bu gün Ukraynanın müstəqilliyinin 30-cu ildönümü üçün ukraynalı alimlər tərəfindən yaradılmış “PolyITAN-HP-30” nanopeykini orbitə çıxaracaq.

Bu barədə Ukrayna Təhsil və Elm Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir.

Departament qeyd edib ki, buraxılış Kanaveral burnundan İlon Maskın “SpaceX” şirkətinin “Falcon-9” daşıyıcı raketindən istifadə etməklə həyata keçiriləcək.

Bildirilib ki, peyk Ukrayna Milli Texniki Universitetinin “İqor Sikorski adına Kiyev Politexnik İnstitutu”nun alimləri tərəfindən büdcə vəsaitinə yaradılıb.

Nanopeyk orbitə buraxıldıqdan sonra kosmik gəmilərin istilik sabitləşdirmə sistemlərinin əsas elementi kimi müxtəlif konstruksiyalı istilik borularının (heat pipes) istismarının səmərəliliyinin öyrənilməsi üzrə elmi eksperimentin həyata keçirilməsini təmin edəcək.

Son xəbərlər
Digər xəbərlər