7 C
Baku
Sunday, December 15, 2024

ABŞ Ukraynaya 1 milyard dollara qədər suveren borc zəmanəti təklif edir

ABŞ hakimiyyəti Ukraynaya ölkədəki islahatları dəstəkləmək üçün 1 milyard dollara qədər suveren borc zəmanəti verməyi təklif edib.

Bu barədə ABŞ dövlət katibi Entoni Blinkenin bazar ertəsi dərc olunmuş bəyanatında deyilir.

“ABŞ hakimiyyəti Ukraynaya iqtisadi islahatlar proqramını dəstəkləmək və Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlığı davam etdirmək üçün 1 milyard dollara qədər suveren kredit zəmanəti təklif edir”, – sənəddə deyilir.

Qeyd edilir ki, bu, digər beynəlxalq maliyyə institutları, G7 və digər ikitərəfli yardım təminatçıları Rusiyanın sabitliyi pozan hərəkətləri qarşısında Ukraynanın iqtisadi sabitliyi, inkişafı və insanların rifahını təmin etmək qabiliyyətini gücləndirəcək.

Blinken hesab edir ki, Birləşmiş Ştatlar və onun müttəfiqləri son illərdə Rusiyanın təzyiqləri qarşısında öz iqtisadiyyatını qorumaq üçün Ukraynaya yardım edib.

Son xəbərlər
Digər xəbərlər