2 C
Baku
Saturday, December 14, 2024

ABŞ Ukraynaya 300 mln. dollarlıq hərbi yardımı təsdiqləyib

ABŞ Nümayəndələr Palatasının üzvləri böyük səs çoxluğu ilə Ukraynaya 300 milyon dollar məbləğində yeni yardımı təsdiqləyiblər. Patanın 311 üzvü qərarın lehinə, 117 üzvü isə əleyhinə səs verib.

İlkin olaraq 300 milyon dollarlıq hərbi yardım Pentaqonun 2024-cü maliyyə ili üçün maliyyələşdirmə qanunvericiliyinə daxil edilib. Bu, bəzi respublikaçıları qəzəbləndirib.

Məsələn, Arizonadan olan respublikaçı Endi Biqs büdcə layihəsindən Ukraynaya 300 milyon dollar verilməsi ilə bağlı bəndin çıxarılmasını təklif etsə də, onun təklifini cəmi 104 konqresmen dəstəkləyib, 330 nəfər isə əleyhinə çıxıb.

Konqres sentyabrın 30-dək gələn ilin büdcəsini yekunlaşdırmalıdır və ya ən azı hökumətin maliyyələşdirilməsi ilə bağlı müvəqqəti qətnamə qəbul etməlidir. Senat Ukraynaya hərbi yardımın həcmini Ağ Evin tələb etdiyi 24 milyard dollar əvəzinə 6 milyard dollara endirməyi təklif edib.

Son xəbərlər
Digər xəbərlər