15 C
Baku
Saturday, April 27, 2024

ABŞ Ukraynaya daha $200 mln. hərbi yardım ayırır

ABŞ prezidenti Co Bayden dekabrda Kiyevə 200 milyon dollarlıq hərbi yardımın genişləndirilməsini təsdiqləyib.

Banker.az xəbər verir ki, bu barədə “CNN” jurnalisti Kayli Atvud bildirib. Bununla yanaşı, Konqresin Nümayəndələr Palatasının Ukraynaya əlavə yardımını nəzərdə tutan qanun layihəsinə də baxılır.

“Bayden administrasiyası dekabrın sonunda Ukraynaya əlavə 200 milyon dollarlıq hərbi yardımı təsdiq edib”, – deyə mesajda qeyd olunub.

ABŞ-ın qanunvericilik təşəbbüsü 2022-ci maliyyə ilində (oktyabrın 1-dən başlayıb) Ukraynaya Dövlət Departamenti vasitəsilə hərbi yardım kimi 450 milyon dollar vəsait ayrılmasını, eləcə də ölkəyə hərtərəfli diplomatik dəstəyin göstərilməsini də nəzərdə tutur. Xüsusilə, Bolqarıstan, Gürcüstan, Rumıniya və Türkiyə kimi digər ölkələrlə əlaqələrinin gücləndirilməsi.

Bu, Rusiyanın Ukraynaya hücum etməsi halında ABŞ-ın əlavə təzyiq aləti kimi çıxış edir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər