ABŞ-ın hərbi yardım paketinin ikinci partiyası Ukraynaya gəlib. Ukrayna Müdafiə Nazirliyinin rəhbəri Aleksey Reznikovun verdiyi məlumata görə, ölkəyə 80 ton silah gətirilib. Xatırladaq ki, bir gün əvvəl ABŞ Ukraynaya 90 ton silah tədarük edib.
Banker.az xəbər verir ki, “İkinci quş Kiyevdədir! ABŞ-dan olan dostlarımızdan Ukraynanın müdafiəsini gücləndirmək üçün 80 tondan çox silah! Və bu son deyil”, – deyə Reznikov sosial şəbəkədə yazıb.
Qeyd edək ki, ABŞ müdafiə ehtiyacları üçün respublikaya 200 milyon dollar məbləğində əlavə yardım göstərib. 2021-ci ildə ABŞ-ın Ukraynaya hərbi yardımının ümumi məbləği rekord həddə – 650 milyon dollara çatıb. Ümumilikdə, 2014-cü ildən bəri Ukrayna 2.7 milyon dollar yardım alıb.
ABŞ Dövlət Departamenti bu gün, yanvarın 24-ü “Rusiyadan gələn hərbi əməliyyat təhlükəsi” səbəbindən amerikalı diplomatların ailələrinin Ukraynadan təxliyə edilməsi barədə göstəriş verib. ABŞ Rusiyanın “istənilən vaxt” Ukraynaya hücum edə biləcəyindən ehtiyat etdiyini açıqlayıb, Moskva isə öz növbəsində işğal planlarını rədd edib və bütün bunların təxribat olduğunu vurğulayıb.