19 C
Baku
Sunday, May 19, 2024

ABŞ Ukraynaya enerji infrastrukturu ilə bağlı avadanlıqlar göndərib

ABŞ hökuməti Ukraynanın raket atəşləri nəticəsində sıradan çıxmış enerji infrastrukturu üçün zəruri olan elektrik avadanlıqlarından ibarət humanitar yardım göndərib.

Bu barədə “Reuters“ məlumat yayıb.

Bildirilib ki, ABŞ-ın hərbi bazalarından birindən yola salınan 13 milyon dollar dəyərində olan yardıma Ukraynanın enerji şəbəkəsini bərpa etmək üçün paylayıcı transformatorlar, generatorlar və s. avadanlıqlar daxildir.

Xatırladaq ki, bu ilin noyabr ayında ABŞ hökuməti Ukraynanın enerji infrastrukturunun bərpası üçün 53 milyon dollarlıq yardım paketini təsdiqləyib və bu qəbildən yardımın ilk partiyası yola salınıb.

MənbəApa
Son xəbərlər
 ⁠
Digər xəbərlər