2 C
Baku
Saturday, December 14, 2024

ABŞ və Çin arasında ticarət razılaşmasına dair ümidlər neft qiymətlərinin artmasına gətirib çıxarıb

OPEC-in istehsalının azalması sayəsində neft qiymətləri bazar ertəsi günü artıb. ABŞ və Çin ticarət müharibəsini sona çatdıracaq müqaviləyə yaxın olduqlarını  bildiriblər.

Banker.az bildirir ki, Brent neftinin qiyməti  13:50 radələrində 0,95% azalaraq 65,69 dollar, WTI neft sortunun qiyməti isə 0,82% artaraq 56,26 dollar təşkil edib.

Vaşinqton və Pekin ticarət müharibəsini sona çatdıracaq müqaviləyə yaxınlaşırlar. Müqavilə minimum 200 milyard dollar dəyərində olan Çin mallarına vergi rüsumlarının ləğv edilməsini nəzərdə tutacaq.

Reuters araşdırması göstərir ki, OPEC-in neft istehsalı fevral ayında dörd ildə minimuma düşüb. Qeyd edək ki, Səudiyyə Ərəbistanı və Fars körfəzindəki digər neft istehsalçıları, neft istehsalının azaldılmasına dair razıla.ma çərçivəsində öz öhdəliklərini aşıblar.

Ötən həftə Amerikanın enerji şirkətləri neft idarələrinin sayını təxminən doqquz ay bir müddətdə minimuma endiriblər, məlumatlar Baker Hughes şirkəti tərəfindən təqdim olunur.  

Son xəbərlər
Digər xəbərlər