9 C
Baku
Friday, December 13, 2024

ABŞ və Çin avqustun sonuna qədər yeni ticarət danışıqlarına başlayacaqlar

Tramp administrasiyasının və ÇXR rəhbərliyinin rəsmiləri telefon danışığından sonra yaxın bir neçə həftə ərzində yeni bir görüş keçirməyə razılıq veriblər.

Banker.az xəbər verir ki, Çinin Kommersiya Nazirliyi, Dövlət Şurasının Baş katibinin müavini Liu He, ABŞ-ın ticarət nümayəndəsi Robert Lightheiser və maliyyə naziri Stiven Mnuchin ilə danışıqlar apardığını bildirib. Hər iki tərəf, qeyd edildiyi kimi, “növbəti iki həftə ərzində telefon danışıqlarını keçirməyə razılıq veriblər”.

Bundan əlavə, çərşənbə axşamı ABŞ hakimiyyəti sentyabrın 1-dən etibarən Çinə qarşı yeni ticarət məhdudiyyətlərinin tətbiq edilməsində bəzi güzəştlərə gedəcəyini bildirib. Belə ki, ticarət tariflərinin tətbiqi 1 sentyabrdan 15 dekabra qədər təxirə salına bilər.

 

Son xəbərlər
Digər xəbərlər