1 C
Baku
Saturday, December 14, 2024

ABŞ və Çin ticarət sazişinin birinci mərhələsi ilə bağlı razılığa gələ bildilər

ABŞ və Çin ticarət sazişinin birinci mərhələsi ilə bağlı razılığa gələ biliblər. Banker.az xəbər verir ki, müvafiq açıqlama ABŞ-ın Ticarət Palatasının saytında yerləşdirilib.

İki ölkə nümayəndələri arasında telefon danışığı baş tutub. Qeyd edilir ki, hər iki tərəf razılaşmanın uğurlu olmasını təmin etmək üçün bütün lazımi addımlar atmağa davam etdirəcəyini bildirib.

Xatırladaq ki, yanvar ayının ortalarında ABŞ və Çin arasında ticarət sazişi imzalanıb. Müqavilənin şərtlərinə görə, Çin kənd təsərrüfatı, sənaye və digər mallar daxil olmaqla, Amerikadan alışlarını təxminən 200 milyard dollar artırmalıdır.

Son xəbərlər
Digər xəbərlər