Noyabr ayından bəri ilk dəfədir ki, bitkoinin qiyməti 8000 dolları keçir.
Banker.az Forbes-ə istinadən xəbər verir ki, kriptovalyutaya qarşı artan maraq Orta Şərqdəki gərginlik və yanvar fasiləsindən sonra peşəkar investorların geri qayıtması səbəbindən yaranıb.
Qeyd edək ki, çərşənbə günü bitkoinin qiyməti 8391 dollar təşkil etmişdir. “Skew” analitika şirkətinin rəhbəri Emmanuel Gou qeyd edir ki, ABŞ və İran arasındakı ziddiyyətlər həmçinin qızılın qiymətinə də təsir göstərir.
Kriptovalyutanın yenidən gündəmə gəlməsinin ikinci səbəbi isə peşəkar investorların Milad bayramından sonra geri dönüşüdür. “Fond bazarında buna yanvar effekti deyirlər”, – Gou qeyd edir.
Bir gün əvvəl Bitkoinin qiyməti 7,3% artaraq 8128 dollar səviyyəsinə çatmışdır. Bu, 2018-ci ilin noyabr ayından bəri ən böyük artım olub.
“Bloomberg Intelligence” in strateqi Mayk Makgloun bildirir ki, “volatinlik (bitkoinin dəyişkənliyi) düşməyə davam etməlidir”.