ABŞ və İran Qətərdə ekspert səviyyəsində danışıqlar aparacaq

ABŞ və İran nümayəndələri bu həftə Qətərə səfər edəcək. Bu barədə jurnalist Barak Ravid Ağ Evin mənbələrinə istinadən məlumat verib.

Onun sözlərinə görə, tərəflər bir-biri ilə birbaşa təmas qurmağı planlaşdırmır. Danışıqlar ekspert səviyyəsində keçiriləcək və prosesdə Qətər və Pakistan vasitəçi rolunu oynayacaq.

“ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoff və Cared Kuşner bu gün Dohaya yola düşəcəklər. Onlar çərşənbə axşamı Qətərin baş naziri və digər yerli rəsmilərlə İranla bağlı danışıqları müzakirə etmək üçün görüşəcəklər”, – deyə Ravid “X” sosial şəbəkəsində yazıb.

CNN-nin məlumatına görə, ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff artıq Qətərə yollanıb.

Bundan əvvəl ABŞ prezidenti Donald Tramp iyunun 30-da Dohada İranla danışıqların keçiriləcəyini açıqlamışdı. Lakin İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Baqai bildirib ki, Tehran yaxın günlərdə Qətərdə ABŞ tərəfi ilə təmasları planlaşdırmır.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər