1 C
Baku
Saturday, December 14, 2024

ABŞ və İsrail kibertəhlükəsizlik sahəsində əməkdaşlıq edəcəklər

ABŞ və İsrailin hakimiyyət orqanları ölkələrin kibertəhlükəsizliyini təhdid edən hakkerlərə qarşı birgə mübarizə aparmaq üçün müqavilə bağlayıblar. Banker.az xəbər verir ki, bu barədə ABŞ-ın Maliyyə Nazirliyinin bəyanatında deyilir.

Tərəflər “kritik maliyyə infrastrukturunun və yeni texnologiyaların qorunması üçün ikitərəfli tərəfdaşlığa başlamaq, habelə proqram təminatının ölkələr və qlobal iqtisadiyyat üçün yaratdığı təhlükəyə qarşı çıxmaq üçün beynəlxalq əməkdaşlığı genişləndirmək” barədə razılığa gəliblər.

Qeyd olunur ki, bununla maliyyə texnologiyaları və kibertəhlükəsizlik üzrə ikitərəfli komissiya məşğul olacaq.

Xatırladaq ki, avqust ayında ABŞ prezidenti Co Bayden İsrailin Baş naziri Naftali Bennetlə danışıqlar aparıb və dövlətlərarası əməkdaşlıq imkanlarını müzakirə edib.

Son xəbərlər
Digər xəbərlər