9 C
Baku
Thursday, December 12, 2024

ABŞ Venesuelaya Avropaya neft satmağa icazə verib

ABŞ Rusiyadan xammal idxalını əvəz etmək üçün Venesuela neftinin Avropaya tədarükünə icazə verib, Banker.az bu barədə “Forbes.ru”ya istinadən xəbər verir. Beləliklə, Aİ 2020-ci ilin ortalarında ABŞ hakimiyyəti Venesuelaya qarşı sanksiyaları sərtləşdirdiyi zaman dayandırılmış proqramı bərpa edir.

“Reuters”in həmsöhbətlərindən birinin sözlərinə görə, “Eni” və “Repsol”un alacağı neftin həcmi kiçikdir, ona görə də bu qərarın dünya qiymətlərinə təsiri məhdud olacaq.

Eyni zamanda ABŞ “Chevron”, “Oil and Natural Gas” və “Maurel & Prom SA” kimi şirkətlərə güzəştə getməmişdi. Onlar Venesuela neftinin idxalını 2020-ci ildə dayandırıblar.

ABŞ 2019-cu ilin martında Maduronun yeni müddətə yenidən seçilməsindən sonra Venesuelaya qarşı neft embarqosu və digər sanksiyalar tətbiq edib. 2020-ci ildə ölkənin neft hasilatı sutkada 300.000 barelə qədər azalsa da, növbəti il sutkada 760.000 barelə yüksəlib. Ekspertlər bu artımı Venesuela ilə İran arasında bağlanan neft razılaşması ilə əlaqələndirirlər.

Son xəbərlər
Digər xəbərlər