-1 C
Baku
Sunday, December 15, 2024

ABŞ Yaponiyada öz qüvvələrinin komandanlığını yaratmaq niyyətindədir

ABŞ regionda təhlükəsizlik vəziyyətinin pisləşməsi fonunda Tokio ilə koordinasiyanı yaxşılaşdırmaq üçün Yaponiyada yerləşən qüvvələrinin vahid komandanlığını yaratmaq niyyətindədir.

Bu barədə “Nikkei” qəzeti mənbələrə istinadla məlumat yayıb.

Məlumata görə, tərəflər bununla bağlı Yaponiyanın paytaxtında xarici siyasət və müdafiə nazirliklərinin rəhbərlərinin “2+2” formatında görüşünün yekunlarına dair birgə bəyanatda məlumat verə bilərlər.

Qəzet yazır ki, bununla da Vaşinqton Tokio ilə koordinasiyanı yaxşılaşdırmaq istəyir.

Yeni struktur Yaponiyadakı 55 min Amerika əsgərinin operativ komandanlığı funksiyasına keçəcək. Bu funksiya hazırda Havaydakı ABŞ-ın Hind-Sakit Okean Komandanlığına həvalə edilib. Tokio ilə Havay arasındakı vaxt fərqi 19 saatdır.

Nəşrin qeyd etdiyi kimi, həm ABŞ Silahlı Qüvvələrində, həm də Yaponiya Özünümüdafiə Qüvvələrində belə komanda strukturlarının yaradılması sülh dövründə birgə təlimlərin və münaqişələr zamanı isə birgə əməliyyatların planlaşdırılmasının təkmilləşdirilməsi məqsədi daşıyır.

Son xəbərlər
Digər xəbərlər