ABŞ zirehli briqadası Polşada daimi yerləşdiriləcək

Polşa Müdafiə Nazirliyi ölkənin cənub-qərbində Tşeben kəndi yaxınlığında Amerika zirehli briqadasının daimi yerləşdirilməsi üçün baza yaratmaq niyyətindədir.

Bunu NATO-nun İnvestisiya Departamentinin direktoru, Polşanın briqada generalı Dariuş Mendrala deyib.

Onun sözlərinə görə, Polşada ABŞ-ın zirehli briqadasının daimi yerləşdirilməsi üçün şərait yaradılması nəzərdə tutulur:

“Bu investisiyalar yaxın illərdə həyata keçiriləcək və prioritet hesab olunur. Bu, 4,8 min hərbçinin yerləşdirilməsi üçün nəzərdə tutulmuş daimi infrastruktura əsaslanan düşərgə olacaq”.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər