3 C
Baku
Saturday, December 14, 2024

Abşeron və Sumqayıtda internet kəsilib

Abşeron rayonunun və Sumqayıt şəhərinin böyük hissəsində internet təchizatı ilə bağlı problem yaranıb.

Buna səbəb Azərbaycanın milli telekommunikasiya operatoru olan “Delta Telecom” şirkətinə məxsus fiber-optik kabelin zədələnməsidir.

Hadisənin kabelin altından keçdiyi avtomobil yolunda aparılan qazıntı işləri zamanı baş verdiyi bildirilir. Hazırda qəzanın nəticələri aradan qaldırılır.

“Report” məsələ ilə bağlı “Delta Telecom”la əlaqə saxlayıb, şirkətdən bu barədə onlarda məlumat olmadığı bildirilib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər