9 C
Baku
Thursday, December 12, 2024

Abşeronda 29 bina tikiləcək – Bu şirkətə 70 milyon manat pul ayrıldı

Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu “Diadem” MMC ilə müqavilə imzalayıb.

Banker.az xəbər verir ki, müqavilədə Abşeron rayonu ərazisində 1152 məcburi köçkün ailəsi üçün zəruri texniki infrastrukturu olan yeni yaşayış məhəlləsində 9 mərtəbəli 29 ədəd yaşayış binalarının tikintisi nəzərdə tutulub.

Müqavilənin ümumi məbləği 70 milyon 260 min 431 manatdır.

Qeyd edək ki, “Diadem” MMC tikinti şirkətidir və bir çox böyük məbləğli tenderlərin qalibi olub.

Son xəbərlər
Digər xəbərlər