20 C
Baku
Thursday, May 2, 2024

Abşeronda 592 və 567 nömrəli marşrut xətlərində ödəniş “BakıKart”la olacaq

Noyabrın 13-dən Abşeron rayonunda Xırdalan şəhəri ilə Görədil qəsəbəsini əlaqələndirən 592 və Qobu qəsəbəsi ilə Bakı Beynəlxalq Avtovağzal Kompleksini əlaqələndirən 567 nömrəli marşrut xətləri üzrə hərəkət edən avtobuslarda gedişhaqqı “BakıKart” vasitəsilə ödəniləcək.

Bu barədə həmin xətlərdə sərnişinlərə xidmət göstərən “Xaliq Faiqoğlu” şirkətinin məlumatında bildirilir.

Məlumata görə, bu məqsədlə avtobuslarda ödəniş cihazlarının quraşdırılmasına başlanılıb.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər