10 C
Baku
Thursday, December 12, 2024

“Absheron Hotel Group” nizamnamə kapitalını 1.6 milyon manat azaldır

“PASHA Holding” MMC-nin törəmə otelçilik şirkəti “Absheron Hotel Group” MMC-nin nizamnamə kapitalı azaldılır.

Banker.az xəbər verir ki, “Absheron Hotel Group” Məhdud Məsuliyyətli Cəmiyyəti nizamnamə kapitalının 15 milyon 850 min manat məbləğdən 14 milyon 250 min manat məbləğə azaldığını elan edir.

Nizamnamə kapitalının azaldılması ilə əlaqədar kreditorlar bir ay ərzində öz tələblərini Bakı şəhəri, Nəsimi rayonu, Xəqani Rüstəmov küçəsi, 4C ünvanına bildirə bilərlər.

Son xəbərlər
Digər xəbərlər