20 C
Baku
Thursday, May 30, 2024

AccessBank ABŞ bankı ilə pul köçürmə xidmətini genişləndirir

®AccessBank və ABŞ bankı olan Bank of New York Mellon (BONY) arasında əməkdaşlığa dair müqavilə imzalanıb. Müqavilə banklar arasında müxbir əlaqələrin qurulmasını, bununla da beynəlxalq ödənişlərin daha da genişləndirilməsini nəzərdə tutur. Onu da qeyd edək ki, Amerika Birləşmiş Ştatlarında açılmış müxbir hesab AccessBank müştərilərinə ABŞ dolları ilə olan beynəlxalq ödənişlərini daha çevik və səmərəli aparmağa imkan verəcək.

AccessBank Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası  və digər beynəlxalq maliyyə təşkilatları və investisiya fondları yer alır. Bankın 14-ü Bakıda, 18-si bölgələrdə olmaqla, 32 filialı fəaliyyət göstərir. 

Bankın xidmətləri haqqında məlumat əldə etmək üçün 151 əlaqə mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına, və ya bankın sosial şəbəkələrdə (Facebook, Instagram, LinkedIn) hesablarına daxil olmaq olar.

*AccessBank QSC xidmətlərini Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən verilmiş 25 Oktyabr 2002-ci il tarixli, 245 nömrəli lisenziya əsasında təqdim edir və Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər