AccessBank 15 illik yubileyi münasibətilə bu il müştəriləri yeni kampaniya və təkliflərlə sevindirəcək. İlk olaraq Bank yeni “15=12” kampaniyasına başlayır. Bu kampaniya çərçivəsində kredit götürən hər kəsə kreditin 3 ayının faizləri hədiyyə edilir. Belə ki, 15 ay müddətinə kredit götürən şəxslər yalnız 12 ayın faizinı ödəyəcəklər. Bu təklifdən yararlanan müştərilər sərfəli şərtlərlə 50000 manatadək mikro və 20000 manatadək nağd kreditlər əldə edə bilərlər.
“15=12” kampaniyası 30 iyun 2017-ci il tarixinədək davam edəcək. Xatırladaq ki, AccessBank, həmçinin, kiçik və orta biznes müştərilərinə də sərfəli kreditlər təklif edir. Bank öz missiyasına sadiq qalaraq daim iş adamlarını maliyyələşdirir və bununla da yerli sahibkarlığın inkişafına dəstək olur.
Daha ətraflı məlumatı Bankın rəsmi internet saytından, Facebook səhifəsindən və 151 Ümumi Məlumat Mərkəzindən əldə etmək mümkündür.