AccessBank və Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Dövlət Toxum Fondu arasında əməkdaşlıq haqqında Niyyət Protokolu imzalanıb.
Sənədi AccessBank-ın İdarə Heyətinin sədri Anar Həsənov və Dövlət Toxum Fondunun sədri Emin Əliyev imzalayıblar.
Protokola əsasən, tərəflər ticarət imkanlarının araşdırılması, təcrübə mübadiləsi, birlikdə treninqlərin keçirilməsi kimi sahələrdə əməkdaşlıq edəcəklər.
Protokolun imzalanmasını şərh edən Anar Həsənov bildirib: “Bankımız dövlət qurumları ilə məhsuldar əməkdaşlıq etməklə, iqtisadiyyatın müxtəlif sahələrinin, xüsusilə aqrar sektorun inkişafına dəstək verməyə davam edir. Dövlət Toxum Fondu ilə imzalanan Niyyət Protokolu bir daha göstərir ki, biz bu əməkdaşlığın genişləndirilməsində maraqlıyıq. Şübhəsiz ki, bu əməkdaşlıqdan ən çox aqrar sektorda fəaliyyət göstərən sahibkarlar və fermrərlər qazanacaq“.
Öz növbəsində Emin Əliyev qeyd edib: “AccessBank fermerlərə xarici praktikada istifadə olunan maliyyə alətlərindən sərfəli şərtlərlə yararlanmaq imkan yaradacaq ki, bu da öz növbəsində Dövlət Toxum Fondunun dünya miqyaslı çoxşaxəli əlaqələrindən istifadə edərək yüksək keyfiyyətli toxumların idxal olunmasına şərait yaradacaq“.