17 C
Baku
Tuesday, April 30, 2024

“AccessBank” ilk rübü 16.5 mln. manat xalis mənfəət əldə edib – Üçqat artım!

“AccessBank” QSC 2024-cü ilin birinci rübü ərzində 16.52 mln. manat xalis mənfəət əldə edib. Öncəki ildə bu rəqəm 5.46 mln. manat idi.

Banker.az xəbər verir ki, bu barədə bankın rüblük maliyyə hesabatında qeyd edilir.

Hesabat müddəti ərzində xarici kapitallı bankın cəmi gəlirləri 57.21 mln. manat təşkil edib və bu da 2023-cü ilin eyni dövründən qeydə alınan 46.93 mln. manatdan 22 faiz yüksək nəticədir.

Bankın gəlirlərinin 53.01 mln. manatı faiz gəlirləri və 4.11 mln. manatı qeyri-faiz gəlirləri olduğu halda, faiz xərcləri 19.93 mln. manat və qeyri-faiz xərcləri 21.05 mln. manat olub.

Beləliklə, bank 16.23 mln. manat əməliyyat mənfəəti əldə edib.

Ötən rübdəki xalis mənfəətin ardından balans kapitalındakı illərin yığılmış zərəri azalaraq 126.38 mln. manata düşüb və bu cəmi kapitalın ilk rübdə 137.11 mln. manatdan 153.76 mln. manata yüksəlməsinə səbəb olub.

BALANS

“AccessBank” QSC-nin aktivlərinin həcmi ilk rübdə 1.3% azalaraq 1 mlrd. 374.14 mln. manata düşüb. Aktivlərin 1 mlrd. 35.48 mln. manatı kredit portfeli təşkil edir. Bankın əsas fəaliyyət sahəsi olan biznes kreditləri birinci rübdə 2.8% artaraq 801.57 mln. manata yüksəlib.

Öhdəliklərin həcmi ilin əvvəli ilə müqayisədə 2.8% azalaraq 1 mlrd. 220.38 mln. manata düşüb. Burada, 965.39 mln. manat müştərilərin depozitləridir ki, bunun da 809.61 mln. manatı fiziki şəxslərin, 155.78 mln. manatı isə hüquqi şəxslərin depozitləri olub.

 

21323223

Son xəbərlər
 ⁠
Digər xəbərlər