100% xarici kapitallı “AccessBank” QSC istehlak kreditlərinin illik faiz dərəcələrini endirib.
Bu barədə Banker.az-ın monitorinq qrupu bildirib.
Məlumata görə, manatda təqdim etdiyi “Nağd kredit” məhsulunun illik faiz dərəcəsinin başlanğıc faizini 17%-dən 16.5%-ə qədər azaldılıb.
Bu kredit zaminsiz olaraq 15 000 manata qədər, maksimum isə 30 000 manata qədər təqdim edilir.