“Accessbank” QSC fiziki şəxslər üçün nəzərdə tutduğu iki depozit məhsulunun faiz dərəcələrini endirməli olub.
Banker.az xəbər verir ki, bank hər iki depozitdəki azaltmanı yalnız milli valyuta olan manatda edib.
Belə ki, “Müddətli” depozitin illik ödəniş faizini 12%-dən 11%-ə, “Yığım” depozitinin faizini isə 10%-dən 8%-ə qədər azaltmalı olub.
Xatırladaq ki, “Accessbank” QSC 4 depozit məhsulu müştərilərə təqdim edir.