®AccessBank “Yaşıl Marafon” ağacəkmə aksiyasına qoşuldu. Ümumrespublika Yaşıllaşdırma Marafonu çərçivəsində baş tutan aksiyada Azərbaycan Mərkəzi Bankının təşəbbüsü ilə maliyyə sektorunu təmsil edən Assosiasiyalar Müşfiqabad qəsəbəsində 8 hektar ərazidə 6000-ə yaxın Eldar şamı və zeytun ağacı əkdilər. Ümumilikdə 51.4 hektar ərazidə əkiləcək ağaclar üçün damcılı suvarma sisteminin qurulması nəzərdə tutulur. Tədbir Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Assosiasiyalar arasında ölkədə yüksək keyfiyyətli ekoloji mühitin yaradılması istiqamətində həyata keçirilən tədbirlərə dəstək göstərilməsi sahəsində əməkdaşlığa dair 22 fevral 2022-ci il tarixində imzalanmış Anlaşma Memorandumu çərçivəsində həyata keçirildi.
Bundan başqa, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Banklar Assosiasiyasının birgə təşkilatçılığı ilə AccessBank-ın Xırdalan filialında müştərilərə tinglər hədiyyə edildi. Ağac əkilməsinin təşviqi məqsədilə keçirilən tədbirdə ekokönüllülər vətəndaşlara tinglərinin əkilməsi və onlara qulluq göstərilməsi qaydalarını izah etdi.